Expressbank korporativ müştəriləri üçün Express24 mobil bank əlavəsini təqdim edir. Express24 Sizin bank qayğılarınızı azaltmaq, vaxtınıza qənaət üçün düşünülüb, hazırlanmışdır.
Express24 mobil əlavəsini yükləyin və bank xidmətləri 24/7 yanınızda olsun.
Expressbank-ın istənilən filialına yaxınlaşmaqla Express24 internet bankinq xidmətini aktivləşdirərək bundan sonra rahatlıqla, banka gəlmədən aşağıdakı xidmətlərdən istifadə edəcəksiz.
- Cari hesab və bank kartlarınız ilə əməliyyatlar
- Hesabınızdakı vəsaitlərin idarə edilməsi
- Bank daxili və banklar arası pul köçürmələri
- Kredit müqaviləsi, cari qalığı, ödəniş cədvəlinə baxış
- Depozilərinizin cari durumu, məbləği, hesablanmış faizləri və ödəniş qrafikinə baxış
Bütün bunlardan əlavə bank haqqında növbəti məlumatları əldə edə bilərsiniz
- Məzənnələr
- Filial şəbəkəsi (xəritədə göstərilməklə)
- ATM və ExpressPay terminalları şəbəkəsi (xəritədə göstərilməklə
- Expressbank ilə əlaqə vasitələri